Artilleriya sədaları altında melodiya - VİDEO

// Silahların incəsənətə məğlubiyyəti

  Artilleriya sədaları altında melodiya -    VİDEO
  06 Yanvar 2023    Oxunub:1171
Ukrayna əsgərinin Baxmutda mərmi və partlayış sədaları altında pianoda ifası böyük marağa səbəb olub. Ağır döyüşlərdə iştirak edən ukraynalı hərbçi dağılmış evdə rast gəldiyi pianoda silahların səsinə əhəmiyyət vermədən təsirli musiqi ifa edir.
AzVision.az bununla bağlı videonu təqdim edir:

Qeyd edək ki, Donetsk vilayətinin Baxmut şəhərində ağır döyüşlər gedir. Rusiya Baxmut istiqamətindəki döyüşlərdə xeyli itki verib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti