Cənub Qaz Dəhlizi layihəsinə digər dövlətlər qatılacaq

   Cənub Qaz Dəhlizi layihəsinə digər dövlətlər qatılacaq
  05 Yanvar 2023    Oxunub:846
Azərbaycandan Avropaya əlavə qaz ixracı üçün həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinə Bolqarıstandan başqa Rumıniya, Macarıstan, Slovakiya və Avstriyada qoşulacaq.
Bu barədə Bolqarıstan Prezidenti Rumen Radev deyib. Türkiyənin enerji naziri Fatih Dönməz ilə görüşən Bolqarıstan Prezidenti onu da nəzərə çatdırıb ki, az sərmayə hesabına Azərbaycan qazını Avropaya çatdırmaq mümkün olacaq. Türkiyə ilə Azərbaycanın Avropaya təbii qaz ixracı sahəsində əməkdaşlığı qitənin enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

Azərbaycan qazının Balkan dövlətlərinə nəql olunması üçün 5 milyard kubmetr ötürücülük imkanına malik İon-Adriatik qaz kəmərinin tikintisi nəzərdə tutulub. Bu kəmər Trans-Adriatik qaz kəmərinin davamı olacaq. Azərbaycan qazı Trans-Adriatik qaz kəməri vasitəsilə Albaniyaya nəql edildikdən sonra digər Balkan ölkələrinə çatdırılması üçün İon-Adriatik kəməri inşa ediləcək.

İon-Adriatik qaz kəməri Trans-Adriatik qaz kəməri ilə məhz Albaniya ərazisində birləşəcək. İki qaz kəməri birləşdikdən sonra Azərbaycan qazı Xorvatiya, Monteneqro, Bosniya və Herseqovinaya çatdırılacaq. Dəyəri 620 milyon avro olan bu kəmərin tikintisi haqqında razılaşma 2007-ci ildə imzalanıb və 2025-ci ilə kimi tikilib başa çatdırılması nəzərdə tutulub.

AzVision.az



Teqlər:





Xəbər lenti