Məşhur idmançıda xərçəng aşkarlandı

Məşhur idmançıda xərçəng aşkarlandı
  02 Yanvar 2023    Oxunub:1098
Məşhur idmançı Martina Navratilova ağır xəstəliyə düçar olub. AzVision.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Ona boğaz və döş xərçəngi diaqnozu qoyulub.
Dünyanın keçmiş 1 nömrəli tennisçisi olan Martin 2010-cu ildə erkən mərhələdə aşkarlanmış xərçəngdən müalicə olunubmuş.

"Bu, ciddi və ikiqat zərbədir. Lakin hələ də bərpa oluna bilərəm. Mən müsbət nəticəyə ümid edirəm. Bütün gücümlə mübarizə aparacağam", - 66 yaşlı Navratilova deyib.

Qeyd edilir ki, 1975-ci ildə keçmiş Çexoslovakiyadan qaçaraq ABŞ-a gələn Navratilova, Fort Uortda keçirilən "WTA" tennis turnirinin finalı zamanı boynunda genişlənmiş limfa düyünü görüb. Şişin azalmadığını görən idmançıda biopsiya aparılıb. Nəticədə onun 1-ci mərhələdə olan boğaz xərçəngindən əziyyət çəkdiyi aşkarlanıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: Xərçəng  





Xəbər lenti