Qazaxıstan bəzi rayonlarını qazlaşdırmaq üçün Rusiya ilə danışıqlar aparır

Qazaxıstan bəzi rayonlarını qazlaşdırmaq üçün Rusiya ilə danışıqlar aparır
  31 Dekabr 2022    Oxunub:1074
Qazaxıstan hakimiyyəti ölkənin bəzi rayonlarının mümkün qazlaşdırılması ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparır.
Bunu Qazaxıstanın energetika naziri Bolat Akçulakov deyib. Onun sözlərinə görə, hazırda qazlaşdırmanın bir neçə variantı nəzərdən keçirilir. Variantlardan biri Barnauldan keçən qaz kəməridir, ondan sonra boru Qazaxıstanın şimalına gedəcək.

“Bundan tranzit qaz kəməri kimi də istifadə oluna bilər, lakin bu məsələ ilə bağlı da danışıqlar aparılır. Eyni zamanda, layihə üzrə hələlik yekun hesablamalar da aparılmayıb. İlkin planlara əsasən, ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan qaz kəmərinin çəkilməsi nəzərdə tutulur.

Amma cənuba əlavə həcmlərin verilməsinə maraq olarsa, o zaman daha güclü, ötürücülük qabiliyyəti ildə ən azı 20 milyard kubmetr qaz kəməri tələb olunacaq. Bununla belə, bu hələ müzakirə edilməlidir”.


AzVision.az



Teqlər:





Xəbər lenti