Azərbaycanın TAP vasitəsi ilə 19,4 milyard kubmetrdən çox təbii qaz ixrac edib

   Azərbaycanın TAP vasitəsi ilə 19,4 milyard kubmetrdən çox təbii qaz ixrac edib
  31 Dekabr 2022    Oxunub:909
İndiyə qədər Cənub Qaz Dəhlizi (SGC) kəmərinin tərkib hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə 19,4 milyard kubmetrdən çox təbii qaz ixrac edilib.
AzVision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Twitter"də bildirib.

Xatırladaq ki, bu gün Azərbaycanın TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixracına başlamasından 2 il keçir. Hazırda qazın Avropanın cənubuna nəql olunduğu kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

AzVision.az


Teqlər:





Xəbər lenti