Avropa Yenidənqurma və İnkişaf Bankı ASCO-ya 100 milyon dollar kredit ayırır

   Avropa Yenidənqurma və İnkişaf Bankı ASCO-ya 100 milyon dollar kredit ayırır
  28 Dekabr 2022    Oxunub:1442
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Avropa Yenidənqurma və İnkişaf Bankından 100 milyon dollar dəyərində kredit alacaq.
AzVision.az xəbər verir ki, ASCO sədri Rauf Vəliyev deyib. Onun sözlərinə görə, bu istiqamətdə ilkin razılaşma əldə olunub:

"Bank gələcək layihələri maliyyələşdirməyə vəsait ayırmağa hazır olduğunu bildirib. Biz həmin krediti dövləti zəmanəti olmadan əldə etmək istəyirik. Onları da razılıqlarını bildiriblər. Bu məbləğ ciddi iqtisadi əsaslandırma əsasında hazırlanan layihələrə sərf olunacaq".

R.Vəliyev kreditin faiz dərəcəsi ilə əlaqədar danışıqların davam etdiyini qeyd edib:
"Bizim gözləntimiz aşağı-yuxarı 5 faiz ətrafındadır. Lakin hələ son qərar yoxdur".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti