Aksiyanın təşkilatçısı Xankəndidəki qondarma "partiyalardan" birinin rəhbəri Tiqran Petrosyandır.
O, "Mamul" saytına açıqlamasında deyib ki, gecədən səhərə kimi aeroportun ətrafında tonqal qalayaraq rus generalın çölə çıxacağını gözləyiblər.
“Bu gün saat 10:00 radələrində nəzarət-buraxılış məntəqəsinə getdik. Sülhməramlılara dedik ki, rəhbərliyə tələblərimizi çatdırsınlar. Onlara bütün gecəni burada gözlədiyimizi və Volkov qərargahdan çıxıb tələblərimizi dinləməyinə qədər ərazini tərk etməyəcəyimizi bildirdik. Bir sözlə, xahiş etdik ki, bəyanatımızı generala çatdırsınlar. Əgər Volkov bir daha bizim icmaya hörmətsizlik göstərsə, digər qəti tədbirlər görməli olacağıq. Məsələn, blokpostlar quracağıq ki, onlar məcbur olub bizi dinləsinlər”, - hazırda Rusiya sülhməramlılarının nəzarət-buraxılış məntəqəsinin qarşısında aksiya keçirən Petrosyan deyib.
Xatırladaq ki, təxribatçı Petrosyan dünən günorta saatlarından etibarən
insanları Xocalı hava limanına etiraz aksiyası üçün aparıb. Rusiya hərbçiləri isə sülhməramlı kontingentin komandanı Andrey Volkovla görüşmək istəyən erməniləri təhqir ediblər.
Tural Tağıyev
AzVision.az