Zelenski Türkiyəni təhlükəsizliyin təminatçısı kimi görür

   Zelenski Türkiyəni təhlükəsizliyin təminatçısı kimi görür
  18 Fevral 2025    Oxunub:612
Kiyevdə ABŞ, Avropa İttifaqı (Aİ) və Türkiyəni Ukraynanın təhlükəsizliyinin təminatçısı kimi görmək istəyirlər.
AzVision.az xəbər verir ki, Volodimir Zelenski Ankarada Ukraynanın yeni səfirliyinin binasının açılışı mərasimində belə deyib.

“Biz sülh istəyirik, müharibənin bitməsini istəyirik. Amma təbii ki, biz istəyirik ki, bu müharibənin sonu müəyyən təhlükəsizlik təminatlarının verilməsinə əsaslansın. Biz istəyirik ki, bu təhlükəsizlik zəmanətləri ABŞ, Avropa İttifaqı (Aİ) və Türkiyə də daxil olmaqla bütün Avropa tərəfindən verilsin. Ukraynanın ərazi bütövlüyünün təminatı vacibdir. Trükiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar zamanı bu məsələlər müzakirə olunacaq”, - Ukrayna prezidenti vurğulayıb.

Zelenski Ankaranın Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik səylərini və əsirlərin mübadiləsində köməyini xatırladaraq, ukraynalıların evlərinə qayıtması və ərzaq təhlükəsizliyinin Ukrayna üçün vacib olduğunu diqqətə çatdırıb.

Münqaişənin tezliklə sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olduğunu deyən Volodimir Zelenski, bununla belə, Kiyevin heç vaxt ölkənin ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyini diqqətə çatdırıb.

- Mən Ukrayna Konstitusiyasına zidd hərəkət edə bilmərəm. Biz Rusiyanın müvəqqəti işğal etdiyi ərazilərimizi heç vaxt, heç vaxt Rusiyanın tərkibində tanımayacağıq. Onlar Ukraynanın bir hissəsidir. Kiyevdə Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərini diplomatik yollarla geri qaytarmağa üstünlük verərdilər. Çünki biz insanlarımızı itirmək istəmirik, insanlar bizim ən böyük sərvətimizdir”, - Ukrayna prezidenti iddia edib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Türkiyə   Ukrayna   təminat  





Xəbər lenti