“Ukrayna iştirak etməyəcək. Ukrayna bu barədə heç nə bilmirdi. Kiyev isə Ukraynasız Ukrayna ilə bağlı istənilən danışıqları nəticəsiz sayır və biz olmadan bizim haqqımızda heç bir şeyi və ya hər hansı razılaşmaları tanıya bilmərik. Biz belə razılaşmaları tanımırıq”, - Zelenski vurğulayıb.
Ukrayna prezidenti qeyd edib ki, bu danışıqlarda ikitərəfli yol var və onların ikitərəfli sualları mövcuddursa, varsa, bunu etmək hüquqları var. Onun sözlərinə görə, bu barədə əvvəllər də danışıblar, ancaq indi açıq şəkildə danışmağa başlayıblar.
![]() |
Zelenski Səudiyyə Ərəbistanına gedir |
Bundan əvvəl Valdimir Putinin köməkçisi Yuri Uşakov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun ABŞ nümayəndələri ilə görüşmək üçün bu gün Səudiyyə Ərəbistanına səfər edəcəyi bildirilirdi. Görüş sabah baş tutacaq və Rusiya-Amerika münasibətlərinin bərpasına, eləcə də Ukrayna üzrə mümkün danışıqların hazırlanmasına həsr olunacaq.
Eyni zamanda, Almaniyanın Xarici İşlər nazirliyinin nümayəndəsi Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı danışıqların heç bir mənası olmadığını diqqətə çatdırıb.
Sahil İsgəndərov
AzVision.az