Bu barədə jurnalistlərə Ər-Riyadda Rusiya-Amerika danışıqlarında iştirak edən Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev
məlumat verib.
"Biz təfərrüatları açıqlaya bilmərik. Təbii ki, burada siyasi suallar var. Mən siyasi məsələlərlə məşğul olmuram, amma investisiya və iqtisadi məsələlərə aidiyyətim var. Bizim həmkarlarımızın üzərində düşündüyü bir sıra təkliflərimiz var. İnanıram ki, bu məsələdə irəliləyiş olacaq. Bu, bəlkə də uzaq gələcəkdə deyil, yaxın 2-3 ayda mümkün olsun",- Rusiya rəsmisi deyib.
Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında ABŞ-Rusiya dialoqu başlayıb.
ABŞ-ni dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov və prezident Putinin köməkçisi Yuri Uşakov təmsil edir.
Tural Tağıyev
AzVision.az