Avropa ilə ABŞ arasında nifaq yaranır

Avropa ilə ABŞ arasında nifaq yaranır
  17 Fevral 2025    Oxunub:1008
ABŞ prezidenti Donald Tramp iqtisadi sanksiyaları dəstəkləmədiyini desə də, Ukrayna ilə bağlı saziş bağlamaq üçün Vladimir Putinə təzyiq göstərmək üçün onlardan istifadə olunması ehtimalına eyham vurur.
AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin yazdığına görə, bununla belə, ABŞ-nin sanksiyalarının potensial yumşaldılması və ya ləğvi müttəfiqlər arasında fikir ayrılıqları yarada, Avropa üçün strateji problemləri daha da gücləndirə bilər.

“Vaşinqton və Brüssel anti-Rusiya tədbirlərini sinxronlaşdırıblar, lakin Tramp birtərəfli qaydada kursu dəyişə bilər. O, sanksiyaları ləğv etmək qərarına gəlsə, bu, Rusiya iqtisadiyyatını gücləndirə və Moskvaya ordusunu yenidən qurmağa kömək edə bilər. Məhdudiyyətlərin mümkün ləğvi Putin üçün atəşkəsə razılıq verdiyinə görə mükafat və ya təklif olunan razılaşmanı dəstəkləməyəcəkləri halda, Ukrayna və Avropaya qarşı təzyiq kimi istifadə oluna bilər”, - nəşr yazır.

Siyarto: “Parisə toplaşanlar sülh istəmirlər”
Bu fonda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qərbin nüvə çətiri altında qala bilməyəcəyini və qeyri-qanuni hərəkətlərinə görə cavab verməli olacağını iddia edib.

- Kimlərsə uzun illər qanunsuzluq edəndə, özlərinin bir vaxtlar bəyan etdiyi qayda-qanunları pozanda, bütün bunlar tapdalananda, nasist rejimi həvəsləndiriləndə və belə bir nasist rejimi öz vətəndaşlarını öldürmək üçün silah-sursata qurşadılanda “birtəhər ötüşəcəyik” və “nüvə çəpəri”nin altında oturacağıq” ümidinə güvənirdi. Amma bu, daha olmayacaq. Etdiyiniz əməllərə görə cavab verməlisiniz”, - Rusiya XİN-in rəhbəri hədə-qorxu gəlib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Avropa   nifaq  





Xəbər lenti