Ukraynalılar II dünya müharibəsindən qalan ABŞ topları ilə döyüşür - VİDEO

Ukraynalılar II dünya müharibəsindən qalan ABŞ topları ilə döyüşür  - VİDEO
  17 Fevral 2025    Oxunub:1458
Ukrayna Milli Polisinin Birləşmiş Hücum Briqadası olan “Lyut” Toretsk istiqamətində ABŞ-nin 105 mm çaplı M101 haubitsaları ilə döyüşür.
"Armiya TV"-nin yaydığı məlumata görə, bu, onilliklər ərzində döyüş meydanında effektivliyini sübut etmiş İkinci Dünya Müharibəsindən qalan haubitsadır. Atıcılardan biri reportajda sovetin D-30 topundan Amerika M101-ə keçidin çətin olmadığını deyib.

Zelenski: "ABŞ-nin hərbi dəstəyi olmadan Ukraynaya qurtuluş yoxdur"
"Döyüşçülər rus işğalçılarının yerləşdikləri ərazilərdə - desantların məskunlaşdığı binalarda və digər piyada sığınacaqlarında işləyirlər. Əsgərlərin sözlərinə görə, bu qədim texnika köhnə olmasına baxmayaraq, ona vaxtında texniki xidmət göstəriləndə xarab olmur", - nəşr yazıb.

Qeyd edək ki, bu Amerika silahı İkinci Dünya Müharibəsindən qalıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Haubitsa  





Xəbər lenti