Zelenski Səudiyyə Ərəbistanına gedir

 Zelenski Səudiyyə Ərəbistanına gedir
  17 Fevral 2025    Oxunub:918
Ukrayna prezidenti Volodimir Zelenski bu həftə Səudiyyə Ərəbistanına işgüzar səfər edəcək.
Bu barədə xarici KİV məlumat yayıb.

Səudiyyədə xüsusi görüş: Kiyevdən xəbərsiz
Fransanın France-Presse (AFP) agentliyi yazıb ki, Zelenski çərşənbə günü, fevralın 19-da yola düşəcək. Bundan bir gün əvvəl isə ABŞ və Rusiya arasında danışıqların həyata keçirilməsi planlaşdırılır.

Ötən həftə Ukrayna prezidenti Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırdığını açıqlamışdı. O, bu ölkədə Rusiya nümayəndələri ilə görüşməyi planlaşdırmadığını vurğulayıb.

ABŞ və Rusiya nümayəndələrinin görüşü barədə ilk elanı fevralın 14-də Donald Tramp şəxsən vermişdi. O, Ukraynadan da nümayəndələrin danışıqlara qoşulacağını diqqətə çatdırsa da, rəsmi Kiyevin adı gizli saxlanılan rəsmi nümayəndəsi "Politico"ya açıqlamasında belə bir görüşdən ümumiyyətlə "xəbərsiz olduqlarını" və iştirak etməyəcəklərini söyləyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zelenski  





Xəbər lenti