Qərb ekspertləri Ukrayna üzrə sülh sazişini belə görürlər

   Qərb ekspertləri Ukrayna üzrə sülh sazişini belə görürlər
  18 Fevral 2025    Oxunub:817
Potensial sülh razılaşmaları zamanı Rusiya və Ukrayna arasında sazişə nələrin daxil ola biləcəyi barədə Qərb ekspertlərinin fikirləri açıqlanıb.
AzVision.az “The New York Times (NYT)” qəzetinə istinadən xəbər verir ki, qərbli ekspertlər hər iki ölkənin hakimiyyətləri arasında aşağıdakı ehtimal olunan kompromisləri təklif edirlər:

1. Cəbhə xəttində sülhün qorunması üçün Ukrayna ərazisinə böyük olmayan beynəlxalq qüvvələrin (7,5 min nəfər) yerləşdirilməsi.
2.Hərbi əməliyyatları bərpa edən tərəfə qarşı dərhal sanksiyaların tətbiqi.
3.Ukrayna öz ərazisində daimi olaraq xarici qoşun yerləşdirməkdən imtina edir, lakin eyni zamanda az sayda texniki personalı qəbul edə bilər.
• Ukrayna uçuş məsafəsi 250 km-dən çox olan raketlərin istifadəsini qadağan edilməsinə razılaşır.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: ekspertlər   Ukrayna   sülh  





Xəbər lenti