Sahibkarlıq sahəsində yoxlamalar bu il də aparılmayacaq

   Sahibkarlıq sahəsində yoxlamalar bu il də aparılmayacaq
  17 Fevral 2025    Oxunub:913
Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.
AzVision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır. Bu Qanun 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti