Səfir Moskvada azərbaycanlı kursantlarla görüşdü

Səfir Moskvada azərbaycanlı kursantlarla görüşdü
  18 Fevral 2025    Oxunub:866
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetində təhsil alan azərbaycanlı kursantlarla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə bildirib.

“Bu gün səfirliyimizdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva Universitetində təhsil alan azərbaycanlı kursantlar qrupunu qəbul etdik”, – Moskvadakı diplomatik missiyanın başçısı qeyd edib.

Onun sözlərinə görə, görüşdə kursantlara “Azərbaycan – Rusiya münasibətlərinin hazırkı vəziyyəti, Azərbaycanın xarici siyasəti” haqqında məlumat verilib.

“Görüş 1-ci kurs kursantı Əli Məmmədovun Bethovenin “Patetik Sonata” əsərinin gözəl ifası ilə başa çatdı”, – səfir yazıb.

AzVision.az


Teqlər:





Xəbər lenti