Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı etnik təmizləməyə məruz qalıb

S.Əliyeva bildirib ki, Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlının etnik təmizləməyə məruz qalması, onların izlərinin əsrlərlə yaşadıqları ərazilərdən silinməsi məqsədilə tarixi-mədəni abidələrinin dağıdılması, özgəninkiləşdirilməsi məhz milli mənsubiyyətinin inkar olunmasının, Azərbaycanofobiya və etnik nifrət siyasətinin göstəricisi idi:
"XX əsrdə dəfələrlə deportasiyaya məruz qalmış, eləcə də 1987-ci ildən başlayaraq Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası və bu məsələnin beynəlxalq gündəmdə yer alması üçün hazırda Azərbaycan dövləti davamlı səylər göstərir".
Ombudsman xatırladıb ki, bu il Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür:
"Bu qanlı hadisə insanların milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirildiyi ən ağır faciələrdən biridir. Hər il tərəfimizdən bu mövzuda bəyanat hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilir, bu soyqırımına hüquqi qiymət verilməsinə, təqsirkarların məsuliyyətə cəlb edilməsinə dair çağırış edilir".
AzVision.az
Teqlər: