Torontoda təyyarə qəzası: çoxlu yaralanan var - VİDEO

Daha əvvəl biri uşaq olmaqla üç nəfərin vəziyyətinin ağır olduğu barədə məlumat yayılmışdı. Xanım Flint hadisə ilə əlaqədar iki uçuş-enmə zolağının bir neçə gün bağlanacağını açıqlayıb. Bununla əlaqədar olaraq, o, bəzi reyslərin təxirə salına biləcəyini deyib.
Qeyd edək ki, fevralın 17-də ABŞ-nin Minneapolis şəhərindən uçan “Bombardier CRJ 900” təyyarəsi Toronto aeroportuna eniş zamanı çevrilib. Qəza ilə əlaqədar hava limanı fəaliyyətini dayandırıb. Ontario vilayətinin rəhbəri Duq Ford hadisə nəticəsində ölənlərin olmadığını təsdiqləyib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Sahil İsgəndərov
AzVision.az