Yada salaq ki, əvvəllər Ukraynanın şimal regionları – Donetsk və Luqansk ilə bağlı danışıqlar Kiyevlə Moskva arasında Fransa və Almaniyanın da iştirak etdiyi çoxtərəfli Minsk Formatında keçirilirdi. Kit Kelloq bunun effekt vermədiyini bəyan edib: “Biz geniş kollektiv müzakirə açmaq istəmirik”.
Onun sözlərinə görə, Trampın məqsədi danışıqların uzanması yox, yaxın həftələr ərzində sülh müqaviləsinin imzalanmasıdır.

Almaniya kanslerliyinə namizəd Fridrix Merts isə bəyan edib ki, Ukrayna ilə bağlı ancaq ABŞ və Rusiyanın öz aralarında danışmaları yolverilməzdir. “Ukrayna masanın arxasında əsas tərəf olmalıdır. Biz – Avropa da onun yanında durmalıyıq”, - Merts Mühhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.
O həmçinin bildirib ki, Ukraynanın NATO-ya üzvlük məsələsini gündəmdən çıxarmaq doğru deyil.
Tariyel Həsənov
AzVision.az