Ukraynada prezident seçkiləri keçiriləcək

// Poroşenko hazırlıqların başladığını deyir

 Ukraynada  prezident seçkiləri  keçiriləcək
  17 Fevral 2025    Oxunub:1337
"Ukraynada prezident seçkiləri 2025-ci ilin oktyabrın 26-da keçiriləcək"
AzVision.az xəbər verir ki, Ukraynanın beşinci prezidenti, Avropa Həmrəyliyi Partiyasının deputatı Petro Poroşenko Censor.Net-ə müsahibəsində Ukraynada seçki hazırlığının başlandığını bəyan edib .

"Ukrayna Mərkəzi Seçki Komissiyası iki il yarımlıq fasilədən sonra fəaliyyətini bərpa edib. Seçici reyestrinin bərpası istiqamətində işlərə başlanılıb. Milli Birlik Nazirliyinə xaricdə yaşayan seçicilərlə "məşğul olmaq" tapşırılıb. Qayələri insanlara kömək etmək deyil, onları siyahıya almaqdır. Bülletenlərin çapının dəyərini hesablaması üçün Ukrayna Dövlət Mətbəəsinə hakimiyyət tərəfindən göstəriş verilib” - Poroşenko deyib.

Ukraynanın keçmiş prezidentinin sözlərinə görə, ona bu barədə məlumatı Prezident Administrasiyasındakı və müdafiə orqanlarındakı mənbələri ötürüb.

Xatırladaq ki, fevralın 15-də Ukrayna prezidenti Volodimir Zelenski seçkiləri müzakirəyə açıq olduğunu, lakin qaydalara əsasən hərbi vəziyyətin ləğvinin ölkənin müdafiəsini zəiflədə biləcəyini, bunun ukraynalıların heç də ürəyincə olmayacağını söylədi.

O, həmçinin vurğuladı ki, "ölkəni, onun müstəqilliyini, öz yurdunu qorumaq zərurətini nəzərə alaraq, Ukraynada birliyi təmin etmək onun üçün daha vacibdir".

Kiminsə xoşuna gəlmirsə, başqa ölkənin vətəndaşlığını seçə bilər ”,- Zelenski demişdi.

Röya Əliyeva
AzVision.az


Teqlər:





Xəbər lenti