Zelenski Rusiya-ABŞ danışıqlarından sonra Ər-Riyada getməkdən imtina edib

O, buna səbəb kimi Rusiya və ABŞ arasında Ər-Riyadda baş tutan danışıqları göstərib.
"Bizi Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında keçiriləcək görüşə dəvət etmədilər. Bu, bizim üçün gözlənilməz oldu. Ona görə də sabah Səudiyyə Ərəbistanına getməyəcəyəm", - Zelenski bildirib.
Qeyd olunur ki, bu səfər onun Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyəyə səfərlərini də əhatə edən diplomatik turunun bir hissəsi olmalı idi.
AzVision.az
Teqlər: