TNI: “Ukraynada müharibə bitib”

      TNI:    “Ukraynada müharibə bitib”
  17 Fevral 2025    Oxunub:1067
Döyüşlərin hələ də davam etməsinə baxmayaraq, Ukraynada münaqişə faktiki olaraq başa çatıb.
AzVision.az xəbər verir ki, Amerikanın “The National Interest (TNI)” jurnalında dərc edilən materialda belə deyilir.

“De-fakto, Ukraynada münaqişə başa çatıb. Tramp bunu birbaşa deməyib, lakin birgə səylər nəticəsində Amerika rəhbərliyi bu qənaətə gəlib ki, artıq döyüşlər davam edə bilməz. Üstəlik, ruslar Ukraynanı və deməli, Moskva NATO-nu da məğlub etdi”, - nəşr vurğulayır.

Məqalənin müəllifinin fikrincə, əksər ölkələrdə münaqişənin nəticəsi tamamilə haqlı olaraq Rusiyanın xeyrinə qəbul ediləcək və orada Moskvanın düşmən üzərində üstünlük təşkil etməsi ilə razılaşacaqlar.

Birləşmiş Ştatlar isə, öz növbəsində, Ukraynaya yardımı tədricən azaltmaq adı altında sonda özünü NATO-dan təcrid edə və maliyyə yükünü Avropa İttifaqının (Aİ) çiyninə ata bilər ki, bununla da Aİ “öz ixtiyarına” buraxılacaq.

Müəllif hesab edir ki, bu ssenari ilə Avropa ölkələrinin Ukraynaya hərbi əməliyyatları davam etdirmək üçün kifayət qədər resursları olmayacaq. Bu, onu Rusiya ilə ABŞ arasında danışıqlar prosesinə qatılmaq hüququndan məhrum edəcək.

- Ukraynanın NATO-ya üzv ölkələrin və ilk növbədə ABŞ-nin köməyi olmadan Rusiya ilə döyüşə bilməyəcəyini nəzərə alsaq, Avropanın danışıqlar masası arxasında yer alması təklifi kifayət qədər absurd görünür”, - jurnalda dərc olunan məqalədə deyilir.

Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin telefon danışığından sonra onlar Ukrayna üzrə müzakirələri aparacaq nümayəndə heyətlərinin tərkibini müəyyənləşdiriblər.

Bəzi KİV-lər bu komandaların artıq sabah Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşəcəklərini yazırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   müharibə   son  





Xəbər lenti