Tailandla turizm sahəsində əlaqələrin inkişafı müzakirə edildi

“Tailand Krallığının Phuket əyalətinə səfəri çərçivəsində səfir Elçin Bəşirov Phuket əyalətinin qubernatoru cənab Sophon Suvannarat ilə görüşüb. Görüşdə həmçinin Phuket əyalətinin miqrasiya, polis və turizm qurumlarının rəhbərləri də iştirak ediblər”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Görüş zamanı Azərbaycan ilə Phuket əyaləti arasında turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsinin aparıldığı diqqətə çatdırılıb.
Xatırladaq ki, ötən ay azərbaycanlı diplomat Tailand Minatəmizləmə Mərkəzinin baş direktoru Saksit Sanqçanintra ilə görüşmüşdü.
AzVision.az
Teqlər: