Gələn ay ölkəmizdə beynəlxalq karate yarışı keçiriləcək

Gələn ay ölkəmizdə beynəlxalq karate yarışı keçiriləcək
  28 Dekabr 2022    Oxunub:1475
Ölkəmizdə 7-ci dəfədir təşkil olunan beynəlxalq karate turnirində 10-a yaxın ölkədən 1500-dən çox idmançının iştirakı gözlənilir
Hər il olduğu kimi, 2023-cü ilin ilk ayında Gənclər və İdman Nazirliyinin dəstəyi, Arpaçay Karate Klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “ARPACHAY OPEN”beynəlxalq karate turniri keçiriləcək.

Turnirlə bağlı AzVision.az -a fikirlərini bölüşən Arpaçay Karate Klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynov deyib ki, ölkəmizdə 7-ci dəfədir təşkil olunan beynəlxalq karate turniri 2023-ci il 20-22 yanvar tarixlərində Bakı İdman Sarayında keçiriləcək: “Ənənəvi “ARPACHAY OPEN” yarışına hazırlıq işləri intensiv olaraq davam edir. 3 gün davam edəcək turnirin təntənəli açılış mərasimi 21 yanvar 2023-cü il tarixində Bakı İdman Sarayında baş tutacaq. Kata və kumite yarışlarında iştirak edəcək uşaq, yeniyetmə və gənc idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar”.

Klubun rəhbəri onu da bildirib ki, “ARPACHAY OPEN-2023” beynəlxalq karate turnirində 10-a yaxın xarici ölkədən, habelə paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 1500-dən çox idmançının iştirakı gözlənilir.

Y.Hüseynovun sözlərinə görə, “ARPACHAY OPEN” beynəlxalq turnirinin bu dəfə də yüksək səviyyədə baş tutacaq, Azərbaycanda vətənpərvərliyin təbliğinə və karate idman növünün inkişafına əhəmiyyətli dərəcədə töhfə verəcək.

AzVision.az



Teqlər: Karate  





Xəbər lenti