Saakaşvili ölsə, Tiflisin Aİ-yə üzvlük istəyi rədd ediləcək

      Saakaşvili ölsə,  Tiflisin Aİ-yə üzvlük istəyi rədd ediləcək
  27 Dekabr 2022    Oxunub:733
Əgər Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili həbsdə ölsə, Avropa Parlamenti (AP) Tiflisin Avropa İttifaqına (Aİ) üzv olmaq istəyini təsdiq etməyəcək.
AzVision.az xəbər verir ki, bunu qanunverici orqanın aparıcı fraksiyası olan Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yaçek Sariş-Volskiy özünün Twitter səhifəsində yazıb.

"Saakaşvili ilə Gürcüstanın Avropa İttifaqına daxil olması perspektivləri arasında paralellər prinsipcə imperativdir! Hər iki iş bir-birindən ayrılmazdır. Keçmiş prezident həbsdə qalsa və orada ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Avropa İttifaqına üzvlüyünə səs verməyəcək", - Avropa Parlamentinin deputatı tvitində qeyd edib.

Xatırladaq ki, bir müddət öncə “Empati” qeyri-hökumət təşkilatının ekspertləri Saakaşvilinin bədənində ağır metallar, o cümlədən civə izləri aşkar ediblər. Bu da onun bilərəkdən zəhərlənməsi ehtimalını artırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Saakaşvili  





Xəbər lenti