Yaponiya ilə vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb
Yaponiya xarici işlər nazirinin parlamentar müavini Yoşikava Yuumi videomüraciətində ölkələrimiz arasında əlaqələrdən danışıb, imzalanan Azərbaycan ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində əhəmiyyətini vurğulayıb.
Səfir Vada Cüniçi 2022-ci ilin Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü olduğunu qeyd edib, Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb.
Tərəflər iqtisadi tərəfdaşlığın genişləndirilməsi yolları, xüsusilə ticarətin və investisiya qoyuluşlarının həcminin artırılması müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, işğaldan azad olunmuş ərazilərdə icra edilə biləcək potensial layihələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Tədbirdə Azərbaycan ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb. Sənədi Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov, Yaponiya tərəfdən isə səfir Vada Cüniçi imzalayıblar.
AzVision.az
Teqlər: Yaponiya