"Kiyevin Aİ-yə yolu uzun və çətin olacaq" - Almaniya XİN rəhbəri

   "Kiyevin Aİ-yə yolu uzun və çətin olacaq" -    Almaniya XİN rəhbəri
  27 Dekabr 2022    Oxunub:973
"Baxmayaraq ki, Avropa İttifaqı rəhbərliyi Kiyevi milli qanunvericiliyin dəyişdirilməsi prosesində dəstəkləyəcək, Ukraynanın ittifaqa gedən yolu uzun və çətin olacaq".
AzVision.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

"Ukraynalılar gələcəyi Avropada, Avropa İttifaqında görürlər. Bura uzanan yol hələ uzun və təbii ki, bəzən də çətin olacaq. Lakin biz Ukraynanın hüquq sistemi və standartlarının Aİ standartlarına uyğunlaşdırılması prosesində əlimizdən gələni edirik. Bununla da üzvlük üçün yol açılır”,- Burbok Rumıniyanın Digi 24 telekanalına müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, Aİ rəhbərliyi də buna hazırlaşmalıdır. Çünki prosesin baş tutması üçün təkcə “Brüsseldə Şura binası üzərində yeni bayraqlar qaldırmaq” kifayət etməyəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti