Slovakiyada dəhşətli epidemiya: Xəstəxanalar dolub, apteklərdə dərman çatışmır

Son bir həftə ərzində yüz minə yaxın xəstə həkimlərə müraciət edib. Nəşr yazır ki, bu il xəstəlik daha çox uşaqlar arasında yayılıb. Bu səbəbdən də 500-dən çox uşaq bağçası və 450-dən çox ibtidai məktəb plandankənar tətil üçün bağlanıb.
Slovakiya paytaxtı administrasiyasının rəhbəri Con Mikasanın sözlərinə görə, apteklərdə "Nurofen", "İbalgin", "Panadol" və "Paralen" kimi vacib dərmanların qıtlığı yaranıb. Klinikalar dolduğu üçün xəstəxanalarda çarpayılar çatışmır.
Tural Tağıyev
AzVision.az
Teqlər: Epidemiya