Makron bayramqabağı yoxa çıxıb- Yelisey prezidentin yerini açıqlamır

Nəşr yazır ki, dövlət başçısı Fransanın cənubundakı iqamətgaha, Fort Breqansona gəlib və Yeni il ərəfəsində burada bir neçə gün qalmaq niyyətindədir. Makron şənbə gününə qədər isə həmvətənlərinə Milad müraciəti hazırlamaq üçün Parisə qayıtmalıdır.
"Yelisey sarayı kimi Breqanson da iş və böhran idarəçiliyi yeri sayılır" - mövzu ilə bağlı Makronun administrasiyasından deyiblər.
Eyni zamanda, agentliyin məlumatına görə, Yelisey sarayının mətbuat xidməti dövlət başçısının Milad bayramını harada keçirdiyini və iqamətgaha necə gəldiyini dəqiqləşdirməyib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Makron