Peskov Ermənistanın yalan bəyanatlarını ifşa etdi

   Peskov Ermənistanın yalan bəyanatlarını ifşa etdi
  27 Dekabr 2022    Oxunub:770
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iddia edib ki, Rusiya Ermənistanı Azərbaycana dəhliz verməyə məcbur edir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bunu təxribat xarakterli bəyanat adlandırıb. O, həmçinin Qriqoryanın "Moskvanın İrəvana İttifaq dövlətinə qoşulması üçün təzyiq göstərməsi" çıxışına da münasibət bildirib.

"Bu cür bəyanatları təxribat kimi qiymətləndirmək olar. Onlar reallığa uyğun gəlmir. Rusiya rəsmilərindən heç biri bunu deməyib və bunu heç kim vasitəsilə erməni tərəfinin diqqətinə çatdırmayıb".

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti