Putin, İlham Əliyev və Paşinyan birgə müzakirələr aparıblar

   Putin, İlham Əliyev və Paşinyan birgə müzakirələr aparıblar
  27 Dekabr 2022    Oxunub:1214
Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində birgə danışıqlar apardığını deyib.
Çərşənbə axşamı Putin Paşinyanla ikitərəfli görüşdə deyib: “Bizi sizinlə dünən müzakirələrə başladıq və üçümüz birgə danışdıq”, - Rusiya prezidenti qeyd edib.

Rusiya liderinin sözlərinə görə, əsasən bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləri və ümumilikdə Qarabağa aid bağlı məsələlər müzakirə olunub.

“Razılaşdığımız kimi, biz bütün bu məsələləri ətraflı müzakirə edirik”, - Putin vurğulayıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti