Əli Daeinin ailəsinə İrandan çıxmaq qadağa olundu
![Əli Daeinin ailəsinə İrandan çıxmaq qadağa olundu
Əli Daeinin ailəsinə İrandan çıxmaq qadağa olundu](https://azvision.az/photos/2022/12/daei-1672131344.jpg)
İran höküməti Əli Daenin qızı və həyat yoldaşının ölkə xaricinə çıxışına mane olmaq üçün onların olduğu, Dubaya uçan təyyarəni yola düşəndən 1 saat sonra dayandırıb. Təyyarə Tehrandan qalxdıqdan 1 saat sonra Kiş adasında yerə enib.
Kütləvi etirazları dəstəklədiyinəgörə restoranı və zərgərlik mağazası bağlanmış Əli Daei hazırda qızı və həyat yoldaşının Tehrana qayıda bilməsi üçün çalışır.
Qeyd edək ki, Daei 1993-2006-cı illərdə İran yığmasında oynayıb. O, 2004-21-ci illərdə yığmadakı qol sayında dünya rekordçusu olub (109 qol). Ötən il Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo Daeni geridə qoyub.
AzVision.az
Teqlər: