"Aİ liderləri Rusiyanı təcrid və məğlub etmək istəyir"- Lavrov

  "Aİ liderləri Rusiyanı təcrid və məğlub etmək istəyir"-    Lavrov
  27 Dekabr 2022    Oxunub:877
"Rusiyanın Aİ-də yeni daimi nümayəndəsinin təyin edilməsi prosesi sürətli olmayacaq".
Bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Rusiyanın Aİ-də yeni daimi nümayəndəsinin təyin olunmasına gəlincə, bu, sürətli proses deyil. Aİ nümayəndə heyətinin rəhbəri sentyabrda Rusiyaya gəlib və işləyir.

İndiki şəraitdə Aİ liderlərinin Rusiyanı təcrid etmək və məğlub etmək zərurəti ilə bağlı açıq düşmənçilik təlqinləri fonunda real təmasların həcmindən çıxış etmək lazımdır”, - Lavrov bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti