Fransa səfiri anti-Türkiyə təbliğatına görə XİN-ə çağırıldı

Qeyd edək ki, cümə günü Parisin 10-cu rayonunda kürdlərin mədəniyyət mərkəzinin yaxınlığındakı küçədə 69 yaşlı kişi atəş açaraq 3 kürd fəalını öldürüb. Həmin şəxs saxlanılıb.
Şənbə günü günortadan sonra minlərlə kürd Parisdəki Respublika meydanına toplaşaraq, kürd icmasına qarşı terror hücumu hesab etdikləri atışmaya etiraz ediblər. Onlar atışmanın arxasında Türkiyənin dayandığını düşünür və Türkiyə əleyhinə şüarlar səsləndirirlər.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: