Mask İran üzərində peyiklərini aktivləşdirir

   Mask İran üzərində peyiklərini aktivləşdirir
  27 Dekabr 2022    Oxunub:731
"SpaceX" şirkətinin baş direktoru İlon Mask 100-ə yaxın "Starlink" peykini İran üzərində toplayıb.
"Biz İranda eyni anda 100 peyki aktivləşdirməyə yaxınıq" deyə Mask bildirib.

"Reuters" Agentliyinin məlumatına görə, Maskın planlarına təkcə əlavə bazarı inkişaf etdirmək istəyi deyil, həm də siyasi motivlər daxildir.

Qeyd edək ki, Mask bu barədə bu ilin sentyabrında məlumat vermişdi. "İrana internet azadlığını və sərbəst məlumat axınını təşviq etmək üçün Starlink lazımdır" deyən şirkət rəhbəri işi təmin etmək üçün ABŞ səlahiyyətlilərindən sanksiyalara istisna edilməsini də istəyib.

Hələlik şirkətin İranda terminallarının olub-olmaması və onları necə çatdırmağı planlaşdırdıqları barədə məlumat yoxdur. Rəsmi satışda terminallar yoxdur və İranın özü də onilliklər ərzində ABŞ-ın sərt sanksiyaları altındadır.

AzVision.az



Teqlər:





Xəbər lenti