Stoltenberq “olacaq” deyir, Çavuşoğlu “olmayacaq”!

   Stoltenberq    “olacaq”    deyir, Çavuşoğlu    “olmayacaq”!
  26 Dekabr 2022    Oxunub:1073
“İsveç və Finlandiya 2023-cü ilin sonuna qədər NATO-ya üzv olacaqlar”. Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq DPA agentliyinə müsahibəsində bildirib ki, ratifikasiya proseslərinin vaxtında başa çatacağına əmindir.
Stoltenberq dəqiq vaxt açıqlamasa da, Türkiyənin prosesi əngəlləməyəcəyinə inandığını ifadə edib.

Amma Türkiyədə ayrı cür fikirləşirlər.

Yada salaq ki, İsveçin xarici işlər naziri Tobias Billström dekabrın 21-22-də Ankaraya səfər edərək, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Bundan 2 gün əvvəl, dekabrın 19-da İsveçin Ali Məhkəməsi jurnalist Bülənt Kənəşin Türkiyəyə təhvil verilməsi prosedurunu tormozlamışdı. Çavuşoğlu bu hadisəni “son dərəcə mənfi” adlandırıb.

Billström ilə keçirdiyi birgə mətbuat konfransında cənab Çavuşoğlu əlavə edib ki, İsveç hələ Türkiyənin tələb etdiyi yolun “heç yarısını da keçməyib”.

Tariyel Həsənov

AzVision.az



Teqlər: NATO   Türkiyə  





Xəbər lenti