Ərdoğandan müjdə: Qara dənizdə daha bir qaz yatağı tapıldı

      Ərdoğandan müjdə:    Qara dənizdə daha bir qaz yatağı tapıldı
  26 Dekabr 2022    Oxunub:1557
Türkiyə Qara Dənizdə, “Çaycümə” adlanan yerdə 58 milyard kubmetrlik təbii qaz ehtiyatı kəşf edib. Beləliklə, ölkənin kəşf olunmuş təbii qaz ehtiyatları 710 milyard kubmetrə çatıb. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət kabinetinin iclasından sonra məlumat verib.
“Haramzadə, əxlaqsız və namussuzdurlar” – Ərdoğandan ağır sözlər
Ərdoğan bildirib ki, yataq “Fateh” zondaj gəmisinin oktyabrın 29-dan bəri fasiləsiz apardığı kəşfiyyat işləri nəticəsində aşkarlanıb. Qonşu bölgələrdəki geoloji sahələrdə də uğurlu nəticələrin əldə olunacağı gözlənilir. Bugünkü qiymətlərlə Türkiyənin kəşf olunan qaz ehtiyatlarının ümumi qiyməti 1 trilyon dollara bərabərdir.

O, həmçinin vurğulayıb ki, Türkmənistan qazının Türkiyə üzərindən daşınması da gündəmdədir.

Tariyel Həsənov
AzVision.az



Teqlər:   Türkiyə   Ərdoğan  





Xəbər lenti