Alman kəşfiyyat agenti Rusiyaya casusluqda şübhəli bilinir

  Alman kəşfiyyat agenti Rusiyaya casusluqda şübhəli bilinir
  26 Dekabr 2022    Oxunub:872
Rusiyaya casusluqda ittiham olunan Almaniya Federal Kəşfiyyat Xidmətinin əməkdaşı Ukraynadakı vəziyyətlə bağlı məxfi məlumatları Moskvaya ötürməkdə şübhəli bilinir. Bu barədə Tagesschau yazır.
Karsten L. Ukraynada baş verən hadisələri dəyərləndirən materialları Rusiyaya ötürə bilər. Almaniya Baş Prokurorluğu və Federal Kəşfiyyat Xidməti əvvəlki press-relizlərinə istinad edərək bu məlumatı şərh etməkdən imtina ediblər.

Almaniya Federal Kəşfiyyat Xidmətinin zabitinin həbsi dekabrın 22-də məlum olub. Həmin şəxs dövlətə xəyanətdə şübhəli bilinərək istintaqa cəlb olunub. Focus-a görə, o, ABŞ və Böyük Britaniyadan alınan məxfi məlumatlara çıxış əldə edib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti