Ermənistanda hava limanına silahlı hücumun qarşısı alınıb

   Ermənistanda hava limanına silahlı hücumun qarşısı alınıb
  26 Dekabr 2022    Oxunub:925
Ermənistanda hava limanında silahlı hücumun qarşısı alınıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, Kotayk rayon sakini, 21 yaşlı Artur A. "Zvartnots" beynəlxalq hava limanının uçuş zalında saxlanılıb.

Polis əməkdaşları yola düşmə zalında şübhəli şəxsi müşahidə ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının onu izlədiyini hiss edən şəxs çantasındakı tapançanı ataraq qaçmağa çalışıb. Lakin polislər onu saxlaya biliblər. Axtarış zamanı caninin üzərindən 12 ədəd patron, 9,5 mm uzunluğunda qatlanan bıçaq və seriya nömrəsi olmayan tapança aşkar edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti