"Təəssüf ki, təhdidlər ildən-ilə artır" - Putin

“Təəssüf ki, bu sahədə ilk növbədə kənardan gələn çağırışlar və təhdidlər ildən-ilə artır. Etiraf etməliyik ki, Birliyə üzv dövlətlər arasında da fikir ayrılıqları yaranır.
Əsas odur ki, əməkdaşlığa hazırıq və edəcəyik. Bəzi problemli məsələlər ortaya çıxsa belə, biz onları birlikdə, birgə, bir-birimizə yoldaş yardımı və vasitəçi yardım göstərərək həll etməyə çalışırıq”, - Putin bildirib.
Onun sözlərinə görə, MDB ölkələri terrorizm və ekstremizmə, transsərhəd cinayətlərə, narkotiklərin qanunsuz dövriyyəsinə və korrupsiyaya qarşı mübarizədə konstruktiv əməkdaşlıq edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: