"Bellingcat"ın baş direktoru axtarışa verildi

   "Bellingcat"ın baş direktoru axtarışa verildi
  26 Dekabr 2022    Oxunub:925
Rusiya Daxili İşlər Nazirliyi ölkədə xarici agent kimi tanınan araşdırmaçı jurnalist, "Bellingcat" nəşrinin rəhbəri Xristo Qrozevi axtarışa verib.
Qrozevin məlumatları olan müvafiq kart nazirliyin axtarış məlumat bazasında dərc edilib.

2021-ci ilin oktyabrında Rusiya Ədliyyə Nazirliyi "Bellingcat"ı xarici media agenti kimi tanıyıb. Bu ilin iyul ayında Rusiya Baş Prokurorluğu "Bellingcat"ın Rusiyada fəaliyyətini arzuolunmaz elan edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti