İsrail hökuməti dekabrın 29-da and içəcək

   İsrail hökuməti dekabrın 29-da and içəcək
  26 Dekabr 2022    Oxunub:1106
"Likud" partiyasının lideri Benyamin Netanyahunun yaratdığı yeni İsrail hökuməti dekabrın 29-da Knessetdə (parlamentdə) and içəcək. Bu barədə bazar ertəsi İsrailin Kan radiostansiyası məlumat yayıb.
Onun sözlərinə görə, Knesset üzvlərinə andiçmə prosedurunun yerli vaxtla saat 11:00-a təyin edildiyi barədə məlumat verilib.

Dekabrın 22-nə keçən gecə Netanyahu İsrail prezidenti İsxak Hersoqa hökumət koalisiyası ilə bağlı razılığa gələ bildiyini rəsmən çatdırıb.

Bu, "Likud" partiyası ilə birlikdə Knessetdəki 120 yerdən 64-nə nəzarət edən dini və ifrat sağçı qruplarla həftələrdir davam edən çətin danışıqlardan sonra baş verir.

L'Orient-Le Jour qəzeti qeyd edir ki, ölkənin keçid hökumətinin lideri Yair Lapidin başçılıq etdiyi liberal düşərgə Netanyahunun "İsrail tarixində ən sağçı hökuməti formalaşdırmasına" mane ola bilmədi.

Bura, o cümlədən ŞAS və “Törənin birləşmiş yəhudiliyi” kimi iki ifrat ortodoksal təkliatlar daxil olacaq.

Habelə, 3 ifrat ortodoksal siyasi qüvvələrlə koalisiya anlaşması imzalanıb. Bunlar “Dini sionizm”, “Otsma yehudit” (“yəhdui gücü”) və “Noam” partiyalarıdır.

Onların dəstəyi sayəsində dekabrın 13-də "Likud" partiyasının nümayəndəsi Yariv Levin Knessetin sədri seçilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti