Peskov: Rusiya, Ermənistan və Azərbaycan liderləri ikitərəfli görüşlər keçirəcək

      Peskov:    Rusiya, Ermənistan və Azərbaycan liderləri ikitərəfli görüşlər keçirəcək
  26 Dekabr 2022    Oxunub:1166
"Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmasa da, ikitərəfli görüşlər baş tutacaq".
Bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr, üçtərəfli görüş olmayacaq, amma ikitərəfli təmaslar, təbii ki, bu qeyri-rəsmi görüşün çərçivəsində baş tutacaq.

Ümumiyyətlə, Peskovun sözlərinə görə, MDB ölkələrinin liderləri Sankt-Peterburq sammiti zamanı ikitərəfli formatda danışmaq imkanı əldə edəcəklər.

"İkitərəfli təmaslar, təbii ki, baş tutacaq. Sammitin böyük hissəsi qeyri-rəsmi şəraitdə keçiriləcək", - o deyib.

Dekabrın 26-27-də MDB ölkələrinin qeyri-rəsmi sammiti keçiriləcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti