İran Ukraynanın təhdidlərinə cavab verdi: "Mənfi nəticələr olacaq"

“Ukrayna hakimiyyətinin hədələyici ritorikasını məsuliyyətsiz hesab edirik, bunun siyasi və hüquqi nəticələri olacaq”, - o deyib.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak Rusiyaya silah təminatının dayandırılması istəyinə məhəl qoymadığı üçün İranın ən ağır şəkildə cəzalandırılmasına çağırış edib.
Bu barədə Podolyak özünün twitter səhifəsində yazıb:
"Rusiyaya raket və pilotsuz təyyarə tədarükünü artırmağı planlaşdıran İran beynəlxalq sanksiyalar institutunu açıq şəkildə alçaldır...İşləməyən sanksiyalardan, BMT-nin etibarsız qətnamələri konsepsiyasından imtina etmək və daha dağıdıcı vasitələrə - silah istehsalı zavodlarının likvidasiyasına, təchizatçıların həbsinə keçmək vacibdir".
Kiyev iddia edir ki, Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri İran Rusiyaya 1700 "Şahid 136" dronu satıb. Tehran bunu təkzib edir.
Maraqlıdır İran əleyhinə bu cür sərt bəyanatla çıxış edən Ukrayna rəsmisi "dağıdıcı vasitələrə keçmək" deməklə əslində nəyə eyham edir? Qeyd edək ki, silah zavodlarının məhv edilməsinə çağırış, həm də Irana qarşı müharibəyə çağırışdır. Onun istəyinin reallaşması Qərblə İran arasında, eləcə də Yaxın Şərqdə böyük müharibənin başlaması deməkdir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: