Ermənistanın ədliyyə naziri o oldu

   Ermənistanın ədliyyə naziri o oldu
  26 Dekabr 2022    Oxunub:1435
Qriqor Minasyan Ermənistanın ədliyyə naziri təyin edilib. Müvafiq fərmanı bazar ertəsi ölkənin prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
Qeyd edək ki, Minasyan bu vaxtadək nazir müavini kimi fəaliyyət göstərib.

O, Ermənistanın Vatikanda biabır olmuş keçmiş səfirinin qardaşı, üçüncü prezident Mikayel Minasyanın kürəkənidir. 2013-2017-ci illərdə Qriqor Minasyan Respublikaçılar Partiyasından Yerevan Ağsaqqallar Şurasının üzvü olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti