Zelenski seksoloqu Bolqarıstana səfir təyin edib - FOTO

   Zelenski    seksoloqu    Bolqarıstana səfir təyin edib -    FOTO
  26 Dekabr 2022    Oxunub:1325
Prezident Vladimir Zelenskinin yeni kadr dəyişikliyi Ukraynada narazılıqla qarşılanıb. O, diplomatiya və ya hansısa vəzifədə təcrübəsi olmayan Olesya İlaşçuk adlı qadını Bolqarıstana səfir təyin edib.
Ukrayna mediası yazır ki, Olesya əvvəllər seksoloq olub və qiymətli əşyalar, zərgərlik üzrə mütəxəssis kimi tanınıb.

İlaşçukun Xarici İşlər Nazirliyi ilə heç bir bağlantısının olmaması barədə məlumatı “European Pravda”ya diplomatik korpusdakı bir neçə mənbə də təsdiqləyib.

Qeyd olunur ki, yeni səfir artıq təcrübə qazanmağa başlayıb. O, Ukrayna diplomatlarının ümumi yığıncağında iştirak edib və tədbir dekabrın 22-25-də Kiyevlə Nikolayevdə baş tutub.



Hələlik Bolqarıstana göndərilən yeni qalmaqallı xanım səfirin ətraflı tərcümeyi-halı açıqlanmır. Bəzi media orqanları isə yalnız onun Facebook profilini taparaq qısa məlumat yayıblar. Profilin rəsmi təsdiq işarəsi yoxdur. Lakin səhifədə şəxsi fotoşəkillər və digər məlumatlar yer alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Səfir   Zelenski  





Xəbər lenti