AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Gənclər və İdman Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, o, Donbasda ruslarla dgərgin döyüşlər zamanı öldürülüb.
“Dövlətimizin şərq sərhədlərini rus işğalçılarından müdafiə edən 80-ci hava desant-hücum briqadasının əsgəri Aleksandr Yeremyagin həlak olub. İdmançı 2014-cü ildən ölkəmizin müdafiəsinə qalxmışdı. Həmin zaman o, Luqansk vilayətində döyüşüb və evinə yalnız iki ildən sonra qayıdıb. Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayanda Aleksandr yenidən döyüşlərə qatıldı. O, Toretski yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən həlak olub”, - məlumatda deyilir.
Qeyd edək ki, Yeremyagin avtoidmanla məşğul olub. O, Ukraynada ralli çempionatlarında aktiv şəkildə iştirak edib. Aleksandr həmçinin dəfələrlə dağ yarışlarına da rəsmi şəxs kimi qatılıb.
Tural Tağıyev
AzVision.az