Rusiyada Ukraynaya terrorçu göndərən şəbəkə ifşa olunub

   Rusiyada Ukraynaya terrorçu göndərən şəbəkə ifşa olunub
  26 Dekabr 2022    Oxunub:902
Rusiyanın təhlükəsizlik qüvvələri bir qrup təhlükəli terrorçunu saxlayıb. AzVision.azxəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi və Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Qeyd edilir ki, onlar 2010-cu ildən Uralda və Şimali Qafqazdan olan vətəndaşları Rusiya ordusuna qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün Suriya ilə Ukraynaya göndərirmişlər.

Müəyyən edilib ki, 2010-cu ildən bəri "19 rusiyalı Ural və Şimali Qafqaz federal dairələri ərazisində beynəlxalq terror təşkilatına insan resurslarının tədarükü üçün geniş, regionlararası şəbəkə təşkil ediblər”.

“2021-ci ilin dekabrından indiyədək olan müddət ərzində təşkilatçılar da daxil olmaqla 10 dəstə üzvü saxlanılaraq nəzarətə götürülüb”, - məlumatda deyilir.

Məlumatda o da vurğulanır ki, təhlükəsizlik qüvvələrinin onları hədəfə aldığını öyrənən şübhəlilər saxlanıldıqları Xantı-Mansiysk Muxtar Dairəsi, Dağıstan, Çeçenistan və Tümen vilayətində gizlənə biliblərmiş. Onların daha səkkiz cinayət ortağı isə beynəlxalq axtarışa verilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti