"Ronaldonu boş yerə xərclədilər" - Ərdoğan

   "Ronaldonu boş yerə xərclədilər" -    Ərdoğan
  26 Dekabr 2022    Oxunub:1068
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə bu yaxınlarda başa çatan dünya çempionatından danışıb.
Türkiyə lideri argentinalı Lionel Messi ilə portuqaliyalı futbolçu Kriştiano Ronaldonu müqayisə etməyin düzgün olmadığını vurğulayaraq, sonuncunun dünya çempionatında “siyasi qadağa”ya məruz qaldığını bildirib.

“Onlar Ronaldonu boş yerə xərclədilər. Təəssüf ki, ona siyasi qadağa qoydular. Ronaldo kimi futbolçunun matçın bitməsinə cəmi 30 dəqiqə qalmış meydançaya buraxılması onun psixologiyasını məhv etdi, enerjisini əlindən aldı”, - deyə Ərdoğan bildirib.

Prezident qeyd edib ki, Ronaldo fələstinlilərin ədalətli işini müdafiə edən bir insandır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti