Tramp Baydeni əqli qüsurlu adlandırıb

   Tramp Baydeni əqli qüsurlu adlandırıb
  25 Dekabr 2022    Oxunub:914
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsindəki Milad təbrikində Ağ Evin rəhbəri Co Baydeni əqli qüsurlu adlandırıb.
ABŞ-ın keçmiş prezidenti "ölkəni məhv etməyə çalışan radikal solçu marksistlər" kimi təsvir etdiyi Demokrat Partiyasının üzvləri də daxil olmaqla hamını Milad bayramı münasibətilə təbrik edib.

"Federal Təhqiqatlar Bürosu qeyri-qanuni olaraq sosial və şikəst yayım mediasını məcbur edir və pul ödəyir ki, zehni cəhətdən zəif olan bir demokrat parlaq, dərrakəli və ABŞ-ı sevən Donald Trampa qarşı hərəkət etsin".

Həmçinin Milad təbrikində o, “Ədalətsizlik Departamenti” adlandırdığı ABŞ Ədliyyə Nazirliyini xatırladıb və “hər kəsə sevgi” arzulayıb.

Bundan əvvəl Tramp ölkə Konstitusiyasının ləğvinə, beləliklə, 2020-ci il seçkilərinin nəticələrinin ləğvinə və onun dövlət başçısı vəzifəsinə bərpa olunmasına çağırıb. Onun fikrincə, baş verənlərdə demokratların sıx əməkdaşlıq etdiyi “böyük texnologiya şirkətləri” günahkardır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti